Ümumilli Liderimiz Heydər Əliyevin anım günü qeyd edildi

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu gün məktəbimizdə bu dahi şəxsiyyətin anım günü keçirilmişdir. Tədbirdə ilk olaraq bütün tədbir iştirakçıları tərəfindən ümumilli lider 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər Heydər Əliyevin nece dahi insan olması barədə məlumat verdilər, ona həsr olunmuş musiqilər ifa etdilər. Sonda məktəbin direktoru V.B.Tarverdili ümumilli liderin fəaliyyəti haqqında geniş məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi