Riyaziyyat fənnindən "Açıq dərs" keçirildi

Riyaziyyat aylığı ilə əlaqədar bu gün 6-cı sinifdə məktəbin riyaziyyat müəllimi Quliyeva Sultan tərəfindən "Müsbət və mənfi ədədlər" mövzusunda nümunəvi dərs keçirildi. Şagirdlər ilk dəfə olaraq mənfi ədəd anlayışı ilə qarşılaşdılar. Onların bu anlayışı düzgün qavraması üçün dərslikdə verilmiş nümunələr şagirdlərlə müzakirə edildi. Onlara müxtəlif suallar verməklə temperaturun dəyişməsi, maddi nöqtənin müxtəlif istiqamətdə yerdəyişməsi, bankdakı hesab, hündürlük və dərinlik nümunələri araşdırılaraq, nümunələr üzərində müsbət və mənfi ədədlər anlayışı çıxarılmışdır. İzahat aparılarkən əyaniliyə daha çox yer verildi. Kompüter və proyektor vasitəsilə şagirdlərə təqdim edilən görüntülər, onların bu anlayışlar haqqında təsəvvürlərini daha da artırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi