Həmrəylik Günü və Yeni İl münasibətilə keçirilən tədbirlər

Qışın gəlişinə daha çox uşaqlar sevinir. Belə ki, qışın gəlişi uşaqlar üçün Yeni il şənliyi, Şaxta baba, Qar qız, yolka və hədiyyələr deməkdir. 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci ilin gəlişi ilə əlaqədar məktəbimizdə bir çox silsilə tədbirlər keçirildi. 27 dekabr 2017-ci il - 29 dekabr 2017 ci il tarixlərində keçirilən şənliklərdə məktəbin direktoru V.B.Tarverdili, Təlim Tərbiyə işləri üzrə direktor müavini İ.M.Alməmmədova, Tərbiyə işləri üzrə direktor müavini T.V.Qurbanova, məktəbin müəllim heyəti, valideynlər və şagirdlər iştirak etdilər. İlk öncə məktəbin direktoru hər kəsi bu bayramlar münasibətilə təbrik etdi. Sonra şagirdlər öz çıxışları ilə bayram iştirakçılarını əyləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi