Xocalı- bu qan yerdə qalan deyil !

Düz 23 il keçir, dünyada tayı- bərabəri olmayan qətliamdan - Xocalı faciəsindən. 26 fevral 1992-ci il vətənimiz Azərbaycanın sinəsinə ən məşəqqətli, qanlı-qadalı, ağrılı-acılı bir dağ çəkildi - Xocalı soyqırımı.Heç bir xəbərdarlıq edilmədən evlərində oturmuş dinc əhaliyə divan tutuldu.Amma bu müsibət , bu qətliam çoxdan hazırlanmış bir planla həyata keçirildi.Şəhəri tərk edən 2500 nəfər əhalidən 613 nəfəri öldürüldü. Bunlardan 106-si qadın,70-i qoca,63-ü isə uşaqlar idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.130 uşaq valideynlərindən birini itirdi.487 nəfər yaralandı, 150 Xocalılı itkin, 1275 nəfər isə əsir düşdü. Bu dəhşətli faciənin il dönümü Pirallahı rayonu 243№ li tam orta məktəbdə də xüsusi hazırliqla qeyd olundu.Belə ki, məktəbin foesində “ Bu qan yerdə qalan deyil” başlıqlı foto güşə hazırlanmışdı. Bütün siniflərdə həmin başlıqlı sinif təşkilat saatları keçirilmişdir. Məktəbin akt zalında” Biz qayıdacağiq “ - başlıqlı ədəbi-bədii kompozisiya təqdim olunaraq Xocalının 23-cü il dönümünə həsr olunmuş geniş anım tədbiri keçirilmişdir.Tədbirdə soyqırım qurbanları 1 dəqiqəlik sükutla yad edilmiş , tarix müəllimləri və məktəb rəhbərliyi geniş məlumatla çıxış etmişdir. Şagirdlərdən “ Layla Xocalım Layla “ ( Zəlimxan Yaqub) şeiri , “Şəhid şəhər” poemasından bir hissə , faciəyə həsr olunmuş səhnəciklər , “Gəlin dönək evə “ mahnısını ifa etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi