İdmanda daha bir uğura imza atdıq

Ölkə başçısının tapşırığına əsasən idmanın təbliği məqsədi ilə Pirallahı rayonunda silsilə tədbirlər həyata keçirilir. Elə bunun nəticəsidir ki, şagirdlər tək təhsildə yox həm də idman sahəsində də bir çox nailiyyətlər əldə edirlər. Qazanılmış bu uğurların tərkib hissəsi olaraq 2017-ci il 09-10 dekabr tarixində ölkəmizdə keçirilən Kempo döyüş növü üzrə 3-cü Avrasiya çempionatında Pirallahı rayonunun komandasının üzvlərindən olan məktəbimizin şagirdi Dilqəm Qurbanov 2-ci yerə layiq görülərək gümüş medal qazanmışdır. Bu uğuruna görə yetirməmizi məktəb rəhbərliyi adından təbrik edirik, uğurlarının davamı olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi