"Pullarımız.Manat" mövzusunda "Açıq dərs" keçirildi

Noyabr ayının 5-i məktəbin ibtidai sinif müəllimi Mütəllimova Vüsalə riyaziyyat fənni üzrə "Pullarımız.Manat" mövzusunda nümunəvi dərs keçdi. Nümunəvi dərs Promethan interaktiv lövhəsində həyata keçirildi. Müəllimin bu mövzuda resursu qurmaqda məqsədi manat və qəpiyin fərqini ,milli və xarici dövlətlərin pul vahidlərinin araşdırıraraq şagirdlərin məlumat almalarını,məişətdə pullardan nə üçün istifadə olunduğunu,manat və qəpiklə bağlı həyatdakı müşahidələrini daha geniş şəkildə şagirdlərin nəzərinə çatdırmaqdır. Dərsdə qonaq qismində təlim tərbiyə işləri üzrə direktor müavini Alməmmədova İlhamə, tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban və məktəbin ibtidai sinif müəllimləri iştirak etdilər. Müəllimə mövzunu müasir metodları tətbiq edərək geniş izah etdikdən sonra şagirdlərlə sual cavab etdi və mövzunu necə mənimsəmələrini müəyyən etmək üçün hər bir qrupa iş vərəqləri payladı. Hər bir qrup tapşırığı düzgün cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi