Bilik yarışı keçirildi

27-28 noyabr tarixlərində məktəbimizdə fizika və kimya fənlərinə olan marağın daha da artırılması məqsədilə məktəbin kimya müəllimi Əliyeva Fəridə və fizika müəllimi İbrahimova Nuranə tərəfindən IX, X, XI sinif şagirdləri arasında bilik yarışı keçirildi. Yarışın keçirilməsində məqsəd şagirdlərin intelektual səviyyələrinin yüksəlməsi, bir-biri ilə asanlıqla fikir mübadiləsi aparmaqdan ibarət idi. Bilik yarışında IX, X və XI sinif şagirdlərindən ibarət 3 komanda və məktəbin müəllim heyətindən ibarət münsif heyəti iştirak etdi. Hər fəndən 30 sual cavablandıran komandalar arasında qalib komanda münsiflər tərəfindən seçildi və məktəb rəhbərliyi tərəfindən rəğbətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi