Riyaziyyat fənnindən "Sadə faiz artımı düsturu" mövzusunda 7-ci sinif rus bölməsində açıq dərs keçirildi

Riyaziyyat, Fizika, İnformatika aylığı çərçivəsində 7 b(rus bölməsi) sinfində "Sadə faiz artımı düsturu" mövzusunda riyaziyyat müəllimi Mütəllimova Elmira tərəfindən açıq dərs keçirilmişdir. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Alməmmədova İlhamə, məktəbin riyaziyyat müəllimləri Rəhimova Həqiqət, Quliyeva Sultan, informatika müəllimi Vəkilova Tükəzban, 4cü sinif müəllimi Mütəllimova Vüsalə müəllimə iştirak etmişlər. Həmişəki kimi dərs problemin qoyuluşu- motivasiyadan başlandı. Belə başlanğıc motivasiya qismində ortaya qoyulmuş problem şagirdlərin idrak fəallığını artiraraq sinfi fəallaşdırdı. Qeyd olundu ki, bazar iqtisadiyyatı olan bir dövrdə, biznesin inkişafında respublikamızda bank şəbəkələrinin böyük rolu var. Bu banklarda depozit əməliyyatlarında sadə faizin artım düsturu işlənir. Kompyuter və proyektorun köməyilə ekrana çıxarılmış məsələni şagirdlər araşdırıb, düsturun çıxarışını verdilər. Sonra bu düsturu başqa məsələlərin həllində tətbiq etdilər. Dərs prosesində inkişaf yolunda olan Azərbaycanda fəaliyyət göstərən bankların şagirdlər tərəfindən təqdimatı da dinlənildi, onların əhalimizin həyatında rolundan danışıldı.Aparılan tədqiqat və bütün fəaliyyətlər məqsədlə əlaqəli idi. Müəllim Mütəllimova E. ilk növbədə dərsin məqsədləri üzrə şagirdlərin yeni biliklərinin daxil olmasını reallaşdırdı. Dərsin sonunda qruplar qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi