CƏMŞİD NAXÇIVANSKİNİN 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ

Cəmşid Naxçıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşmuşdur.Azərbaycan Xalq Cümhuriyyətinin naziri,artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilmişdir.XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbali xanla sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalmışdır. O, Moskvadan 26 km aralıda Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, "Kommunarka" adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olundu.C.Naxçıvanski Azərbaycan Sovet Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi. O, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir.Bu gün məktəbimizdə Cəmşid Naxçıvanskinin 120 illiyinə həsr edilmiş dəyirmi masa keçirildi. Dəyirmi masada təlim-tərbiyə işləri üzrə direktor müavini Alməmmədova İlhamə, tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban, məktəbin hərbi müəllimi Əsgərov Xanlar və tarix müəllimi Hüseynov Famil şagirdlərə Cəmşid Naxçıvanski haqqında ətraflı məlumat vermişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi