ARTİLLERİYA GENERALI SƏMƏD BƏY MEHMANDAROVUN 160 İLLİYİNƏ HƏSR OLUNMUŞ AÇIQ DƏRS KEÇİRİLDİ

27.11.2015-ci il tarixdə 243№li məktəbin tarix müəllimi Hüseynov Famil VII-XI sinif şagirdləri ilə "Artilleriya generalı Səməd Bəy Mehmandarovun 160 illiyi" başlıqlı açıq dərs keçirmişdi. İlk olaraq Famil müəllim S.Mehmandarov haqqında ətraflı məlumat verdi. Sonra Məmmədova Rəhilə (VII sinif) S.Mehmandarovun həyat yolundan ,Eyvazlı Elnarə, Vaqifli Almaz (XI sinif) S.Mehmandarovun fəaliyyətini əks etdirən qəzet materiallarından məlumat verdilər. Daha sonra VII sinif şagirdlərinin ifasında "Sevin Azərbaycanı" şeir kompozisiyası və " Hay ver mənə, cənab leytenant" mahnısı, XI sinif şagirdlərinin ifasında "Azərbaycan oğluyam" şeir kompozisiyası təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi