Hüseyn Cavidin Ev Muzeyinə ziyarət təşkil olundu

Direktorun tərbiyə işləri üzrə müavini Tükəzban Qurbanovanın təşkilatçılığı ilə 7-ci və 8-ci sinif şagirdləri Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Elmlər bölməsinin tərkibinə daxil olan Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdilər. Burada Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçirildi. Açıq dərs zamanı muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 8-ci sinif “Ədəbiyyat” dərsliyində verilmiş Hüseyn Cavidin “Ana” mənzum dramı və ədibin şeirləri haqqında mühazirə oxudu və məktəbliləri maraqlandıran sualları cavablandırdı. Şagirdlərə Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan mənzum dramaturgiyamızın banisi, böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı və Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində xidmət göstərən muzeyin fəaliyyəti haqqında geniş məlumat verildi. Dərs bitdikdən sonra şagirdlər muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi