"Su həyatın özüdür, Təmiz əllər sağlamlığın rəhnidir!" mövzusunda seminar keçirildi

15 oktyabr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və UNİSEF tərəfindən "Təmiz əllər" həyatımızı xilas edir devizi altında Ümumdünya təmiz əllər günü elan olunmuşdur. Bu məqsədlə məktəbimizdə Pirallahı Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Məlikova Şəbnəm, Cabbarova Samirə, Əmirova Mətanət "Su həyatın özüdür, Təmiz əllər sağlamlığın rəhnidir!" mövzusunda məlumatlandırma xarakterli seminar keçirdilər. Məktəbin UBR-i Zabraliyeva Zahidə tədbirin mahiyyəti haqqında danışdı, sonra Pirallahı Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları çıxış edərək şagirdlərə mühüm informasiyalar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi