"ŞANLI NOYABR TARİXLƏRİ" ÜMUMİ MƏKTƏB TƏDBİRİ QEYD EDİLDİ

Şanlı noyabr tarixləri ümumi məktəb tədbiri 12.11.2015 tarixində məktəbimizin akt zalında keçirildi. Aparıcı 11ci sinif şagirdi Eyvazlı Elnarə tədbiri açıq elan etdi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra söz məktəbin tarix müəllimi Hüseynov Famil müəllimə verildi. O noyabr tarixləri (9 noyabr-Dövlət Bayrağı günü, 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya günü və 17 noyabr- Dirçəliş günü) haqqında ətraflı olaraq çıxış etdi. Davamında tədbirin ədəbi-bədii hissəsi başladı. Məktəbin 4-cü və 5ci sinif şagirdləri Azərbaycana həsr olunmuş şeirlər söylədilər. 8-ci sinif şagirdləri "Çırpınırdı qara dəniz", 7-ci sinif şagirdləri "Azərbaycan", 9-cu sinif şagirdləri "Azərbaycan-Türkiyə" mahnılarını ifa etdilər. 9-cu sinif şagirdi Abbaszadə Pərvin milli rəqsimiz olan "Şalaxo" rəqsini ifa etdi. Sonra 8-ci sinif qızlarının ifasında "Bayraq" poeması kompazisiya şəklində təqdim olundu. Sonda proektorla Respublika Prezidenti İlham Əliyevin "Dövlət Bayrağı Meydanı"nın açılışındakı nitqi nümayiş edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi