"ŞANLI NOYABR TARİXLƏRİ" MÖVZUSUNDA 7-Cİ SİNİF RUS BÖLMƏSİ TƏDBİR TƏŞKİL ETDİ

Bu gün 243 №li məktəbdə tədrisi rus dilli 7ci sinif şagirdləri tərəfindən hazırlanmış "Нояброские знаменательные даты"( Şanlı Noyabr tarixləri) başlıqlı sinif tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra sinfin rəhbəri Yusubova Xeyransa tədbir iştirakçılarını salamladı və bu günlərin mahiyyətini izah etdi. Sonra aparıcılar 9,12 və 17 noyabr tarixləri haqqında ətraflı çıxışlar edərək növbəti nömrələri təqdim etdilər. 7ci sinif şagirdi Məmmədov Fərrux Azərbaycan bayrağının izahını anlatdı, 5ci sinif şagirdləri Mövsümzadə Sevinc və Eyyubova Nuray rus dilində "Bayrağımız" şeirini söylədilər. Sonra 7ci sinif şagirdləri Sultanzadə Elmira, Xəlilov Eyruz və Feyziyeva Ayşənin ifasında Azərbaycana aid şeirlər söyləndi. Sinfin xoru T.Quliyevin bəstəsi olan Bakı haqqında mahnını ifa etdilər. İbrahimov İsa, Kunbutayeva Ellada və Terentyev Kiril S.Vurğunun "Azərbaycan" şeirini söylədilər. Sonda ümumi xor M.Maqomayevin repertuarından "Azərbaycan" mahnısını oxudu.Tədbirin bədii hissəsi bitdikdən sonra rus bölməsi üzrə riyaziyyat müəllimi Elmira Mütəllimova çıxış edərək həm tədbir həm də Azərbaycanın dövlətçilik siyasəti, vətənpərvərlik və vətən sevgisi haqqında çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi