"18 oktyabr-Dövlət Müstəqilliyi Günü"nə həsr edilmiş tədbir keçirildi

18 oktyabr 2017-ci il tarixində məktəbimizin akt zalında "18 oktyabr-Dövlət Müstəqilliyi"nin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi, qonaq qismində məktəbin direktoru, direktor müavinləri, müəllim heyəti, valideynlər və şagirdlər iştirak etdilər.Tədbir Azərbaycan Dövlət Himninin sədaları ilə açıq elan olundu. Sonra məktəbin UBR-i Z.Zabraliyeva tədbirin mahiyyəti haqqında məlumat verdi. YAP-nın yaranmasının 25 illiyi münasibətilə keçirilən rayon məktəblilərinin futbol yarışında 1-ci yerə layiq görülən məktəbimizin yeniyetmələrindən ibarət futbol komandası səhnəyə dəvət olundu. Məktəbin direktoru V.Tarverdili komandaya bu nailiyyətə görə xüsusi təşəkkür etdi və bir daha təntənəli surətdə komanda üzvlərinin qızıl medallarını təqdim etdi, "Fəxri Diplom" oxunaraq kubokla birgə komandanın kapitanına təqdim olundu. Daha sonra tədbirin aparıcıları ədəbi-bədii kompozisiyanın rəngarəng çıxışlarını səhnəyə dəvət edir və müstəqilliyə gedən yol haqqında ətraflı çıxış etdilər. Şagirdlərin ifasında M.Arazın "Ayağa dur, Azərbaycan!", gənc şairlərdən "Azərbaycan olubdur" və "Bizi Vətən çağırır" adlı şeirlər söylənildi, 8-ci sinif qızlarından ibarət xor kollektivinin ifasında "Azərbaycan", Torpağın səsi" və "Ey Ulu Öndər" mahnıları oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi