"21 Sentyabr-Sülh Günü" mövzusunda "Sinif təşkilat saatı" keçirildi

21 sentyabr 2017-ci il tarixdə məktəbin 4-cü sinfində "21 Sentyabr-Beynəlxalq Sülh Günü"nə həsr edilmiş "Biz sülhə səs veririk" mövzusunda "Sinif təşkilat saatı" keçirildi. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etdilər. İlk öncə məktəbin Uşaq Birliyi Rəhbəri Z.Zabraliyeva bu tarixin mahiyyətini tədbir iştirakçılarına izah etdi. Sonra 4-cü sinfin qızlarının ifasında "Biz Sülhə Səs Veririk!" başlıqlı kompozisiya təqdim edildi. Daha sonra məktəbin direktoru V.Tarverdili və 4-cü sinfin rəhbəri R.Zeynalova çıxış edərək sülhün vacibliyi və əhəmiyyəti haqqında məlumat verdilər, təəssüflə erməni işğalçılarının bizim torpaqlarda törətdiyi qanlı müharibənin acınacaqlı fəsadlarından danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi