15 Sentyabr - Bilik Günüdür!

15 Sentyabr 2017-ci il bütün məktəblərdə olduğu kimi bizim məktəbdə də "Bilik Günü" qeyd olundu. Yeni dərs ilinin açılış mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəbin direktoru tədbiri açaraq təhsilimizə göstərilən diqqət və qayğıdan, son illərdə məzunlarımızın əldə etdiyi uğurlardan danışdı, birincilərin məktəbə ilk qədəmlərini təbrik edərək, gələcək dərslərində uğurlar arzuladı. Sonra çıxış üçün sözü Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşı Şəhla Həsənzadəyə verdi. Şəhla xanım məktəbin pedaqoji kollektivini və şagirdləri Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı adından “Bilik günü” münasibəti ilə təbrik etdi və onlara təhsildə uğurlar arzuladı. Sonra ötən 2016-2017-ci tədris ilini müvəffəqiyyətlə bitirən şagirdlər "Fəxri Fərman"la təltif olundular. Tədbir birincilərin şeir və mahnı töhfələri ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi