HÜQUQLARIMIZI TANIYAQ VƏ QORUYAQ!

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində hər il 20 oktyabr – 20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə respublikamızda “Uşaq Hüquqları aylığı” keçirilir. Aylığın keçirilməsində əsas məqsəd əhali və uşaqlar arasında maarifləndirmə, uşaqlara diqqətin artırılması, onların hüquqlarının həyata keçirilməsi mexanizminin daha da yaxşılaşdırılmasıdır. 26 oktyabr 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən 243 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları” mövzusunda treninq-seminar keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, müəllimlər və məktəblilər iştirak etdilər. Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Fəxrəddin Babayev bildirdi ki, treninq-seminarın keçirilməsində əsas məqsəd uşaqlar üçün aktual hesab edilən, onları maraqlandıran mövzuların müzakirəsi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də uşaq iştirakçılığının təmin olunmasıdır. Treninq-seminarın sonunda tədbir iştirakçıları tərəfindən verilən suallar Pirallahı RİH və RPŞ əməkdaşları tərəfindən cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi