Məzunlar üçün "Son Zəng" çalındı

2016/2017-ci tədris ilinin başa çatması münasibəti ilə bu gün məktəbimizdə "Son Zəng" çalındı. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəb rəhbərliyi, müəllim heyəti, valideynlər və əvvəlki illərin məzunları qonaq qismində iştirak etdilər. İlk olaraq tədbiri məktəb direktoru V.B.Tarverdili açdı. O, məzunları "Son zəng2 münasibəti ilə təbrik etdi, onlara gələcək həyatlarında uğurlar dilədi. Sonra Vaqif müəllim çıxış üçün sözü Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi A.E.Babayevə verdi. Anar müəllimin çıxışından sonra məzunların ilk müəllimləri R.Zeynalova və E.Qədirova da öz çıxışları ilə məzunları təbrik etdilər. Birincilər də öz mahnı töhfələri ilə təbriklərə qoşuldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi