MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR !

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Bu münasibətlə bu gün məktəbimizin akt zalında "Müstəqilliyimiz əbədidir" başlıqlı tədbir keçirildi.Tədbirdə Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixini əks etdirən ssenari ilə aparıcı çıxış etdi.Səməd Vurğunun Azərbaycan şeiri IV-XI sinif şagirdlərinin ifasında təqdim olundu.M.Arazın Azərbaycan, M.Arifin "Azərbaycan dünyam mənim" şeirləri şagird qiraətçilər Məmmədova Aysun(VIII sinif) və Əliyeva Sara(IV sinif) tərəfindən söylənildi.Sonra VIII sinif qızlarının ifasında "Azərbaycan", "Çırpınırdı qara dəniz", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" və "Müstəqil Azərbaycan" mahnıları oxundu.Milli zərb alətimiz nağarada IV sinif şagirdi Orucov Ceyhun "Yallı rəqsi"ni ifa etdi.Tədbirin ən maraqlı çıxışı isə "Babək" kino filmindən bir səhnə oldu. Rollarda Babək-Əzimov Rəşad( IX sinif), Babəkin oğlu-Abbaszadə Pərvin( IX sinif), Sərkərdə Avşin- Zabraliyev Eldar (VIII sinif)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi