28 May – Respublika Gününə həsr olunmuş rayon tədbirində məktəbimiz də çıxış etdi

Pirallahı Rayonunda 28 May – Respublika Gününə həsr edilmiş təntənəli tədbir keçirildi. Tədbirdə Pirallahı RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. N saylı hərbi hissənin orkestrinin ifasında Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bayram tədbiri 28 May – Respublika Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirildi. Proqramda Pirallahı rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin və uşaq bağçalarının yetirmələrinin ifasında müxtəlif kompozisiyalar nümayiş olundu. Bu kompozisiyalardan biri də məktəbimizin şagirdlərinin ifasında təqdim olundu. Şagirdlərimizin çıxışlarında Respublika Günü-nə həsr olunmuş şeirlər səsləndi. Bu möhtəşəm günə həsr olunmuş kompozisiya tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi