“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında ölkədə reallaşdırılan “İnsan hüquqları aylığı” çərçivəsində Pirallahı Rayonunda müxtəlif tədbirlər keçirilir. Hüquqi maarifləndirmə işinin rayonda təşkili məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 18 may 2017-ci il tarixli, 51 nömrəli Sərəncamı hazırlanmışdır. Sərəncam əsasında Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil müəssisələrində, mədəniyyət ocaqlarında tədbirlər keçirilir, maarifləndirmə işləri aparılır. Növbəti maarifləndirmə tədbiri də məktəbimizdə keçirildi. Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri- yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Həşimov Elturan və Əliyev Rauf, məktəb rəhbərliyi və şagirdlər iştirak etdilər. Onlar şagirdlərə hüquqları haqqında geniş məlumat verdilər. Müzakirələr zamanı tədbir iştirakçılarının sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi