Biz nəyi öyrənmişik?

May ayının 25-də məktəbin akt zalında birincilər ilin yekunu olaraq "Biz nəyi öyrənmişik?" başlıqlı tədbir keçirdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Birincilər ilk müəllimləri ilə musiqi sədaları altında zala daxil oldular. Birincilərin müəllimi V.A.Mütəllimova gələn qonaqları salamlayaraq, çıxış üçün sözü məktəbin direktoru V.B.Tarverdiliyə verdi. Vaqif müəllim öz ürək sözlərini şagirdlərə, bütün iştirakçılara çatdırdı və qeyd etdi ki, təhsil hər bir insanın həyatında çox önəmli bir amil olaraq həmişə gündəmdədir. Odur ki, hər kəs məktəbdə yaxşı oxumaq, inkişaf etmək üçün əlindən gələni etməlidir. Bu mənada ilkin mərhələdə- ibtidai təhsilin böyük əhəmiyyəti var. Təhsildə valideynlərin də rolu danılmazdır. Bayram tədbiri birincilərin Azərbaycana həsr olunmuş musiqi ifası ilə davam etdi. Şagirdlər keçdikləri hər bir dərs fənninə hörmət olaraq səhnəciklər göstərdilər. Birincilər öz çıxışları ilə riyazı hesablamaları, məsələləri həll etməyi "Riyaziyyat" fənnindən, ətraf mühiti qorumağı, hər bir ağacın, kolun keşiyində dayanmağı "Həyat bilgisi" fənnindən, sağlam həyat tərsi üçün idmanın vacibliyini müəllimlərindən öyrəndiklərini bir daha vurğuladılar. Tədbirin gedişatında milli rəqslərimizə, musiqilərimizə də geniş yer verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi