2-ci sinif rus bölməsində "Simmetriya" mövzusunda "Açıq dərs" keçirildi

Mayin 24-ü 2-ci sinif rus bölməsində Əzimova Gülşad tərəfindən "Simmetriya" mövzusunda "Açıq dərs" keçirildi. Müəllimə dərsi təbiətdə və məişətdə simmetrik fiqurlar barədə şagirdlərlə söhbət apararaq açdı, qabaqcadan hazırlanmış müxtəlif formalara malik fiqurlar təqdim etdi. Şagirdlər bu fiqurlardan simmetrik olanları seçdilər və nə üçün bu fiqurların simmetrik olduğunu düşündüklərini izah etdilər. Müəllim onları dinləyərək doğru və yalnış fikirləri qeyd etdi, simmetrik fiqurların xassələrini müəyyən etdi. Dərsin gedişatında uşaqlar ev tapşırığı olan simmetrik fiqurlarını nümayiş edib, izah etməyi öyrəndilər. Bundan başqa hər bir uşaq rəngli kağızlar və qayçı vasitəsilə simmetrik fiquru kəsməyi mənimsəyib, təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi