"Yol hərəkət qaydalarını öyrənirik" mövzusunda "Sinif təşkilat saatı" keçirildi

Mayın 22-si 1 "A" sinfində ibtidai sinif müəllimi V.Mütəllimovanın rəhbərliyi ilə "Yol hərəkət qaydalarını öyrənirik " mövzusunda "Sinif təşkilat saati" keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İ.M.Alməmmədova, tərbiyə işləri üzrə direktor müavini T.V.Qurbanova və ibtidai sinif müəllimi Z.M.Əliyeva iştirak etdilər. Şagirdlər yol hərəkəti qaydalarını əyləncəli şəkildə nümayiş etdilər. Sonra şagirdlər yol nişanlarının hər birinin izahını verdilər.Sonra yol hərəkət qaydalarına aid şeirlər söylədilər. Vüsalə müəllimə yol hərəkət qaydalarına aid bir neçə video-çarx nümayiş edərək şagirdlərə təhlükəsizliklərini qorumaq üçün bu qaydalara əməl etməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi