"Asudə vaxtımızı səmərəli və şən keçirək" başlıqlı sinif təşkilat saatını EKO Parka ekskursiya edərək keçirdilər

Məktəbimizin 5-ci və 6-cı sinif rus bölməsinin şagirdləri "Asudə vaxtımızı səmərəli və şən keçirək" başlıqlı sinif təşkilat saatını Zirə qəsəbəsində yerləşən EKO Parka ekskursiya edərək keçirdilər. Məktəbin Uşaq Birliyi Rəhbəri Zabraliyeva Zahidə və rus dili müəllimi Kaut Svetlana İvanovnanın müşayiəti ilə şagirdlər EKO Parkda yerləşən nadir quşların bəslənmə və saxlanma şəraiti ilə tanış oldular, müxtəlif meyvə və giləmeyvə bağlarında suvarma və budama proseslərini izlədilər. Sonra park ərazisindəki attraksion və idman qurğularında çox şən və mənalı vaxt keçirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi