İstirahət günlərində məktəbimizin şagirdləri və müəllimləri Qobustana səyahət etdilər

May ayının istirahət günlərinin biri məktəbin tərbiyə işləri üzrə direktor müavini T.Qurbanovanın təşkilatçılığı ilə müəllim, şagird və valideynlər Qobustan torpağını ziyarət etdilər. Şagirdlər böyük həvəs və maraqla əcdadlarımızın məskən saldığı bu torpağı öyrənməyə getdilər. Səyahət Qobustanın məşhur qayalıqları arasında yerləşən möhtəşəm tarixi muzeydən başladı. Hələ yolda bələdçi uşaqlarla ünsiyyətdə bir çox maraqlı faktlar barədə onlara danışdı və bu əraziyə daha da böyük maraq oyatdı. Muzeyin dəhlizlərini keçdikcə uşaqlar və müəllimlər qazıntılar zamanı tapılmış qədimi əşyalara, o dövrdə yaşayan qədim insanların, heyvanların sümük nümunələrinə maraqla tamaşa etdilər. Bələdçi hər biri haqda ətraflı danışdı. Qeyd olundu ki, hər bir xırda ev və ya ov əşyasının özünün tarixi keçmişi var və qədimdə yaşayan insanların məişəti barədə kifayət qədər məlumat verir. Sonra bir qədər aralıda yerləşən qayalıqlara tamaşa etməyə qalxdılar. Şagirdlər yüksəkdən Qobustan qəsəbəsinə də tamaşa etdilər. Səyahətdə iştirak edən hər kəs geri məmnun qayıtdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi