2 "A" sinfində "Kobud" mövzusunda açıq dərs keçirildi

Məktəbimizin ibtidai sinif müəllimi Əliyeva Zəburə 2 "A" sinfində "Kobud" mövzusunda açıq dərs keçirdi. Dərsdə təlim-tərbiyə işləri direktor müavini İ.M.Alməmmədova, tərbiyə işləri üzrə T.V.Qurbanova və ibtidai sinif müəllimi V.A.Mütəllimova qonaq qismində iştirak etdilər. Dərs gedişatında Zəburə müəllimə "Ögəy ana" filmindən baş qəhrəman İsmayılın kobudluğunu nümayiş etdirən kadrları göstərməklə şagirdlərə suallarla müraciət etdi. Əvvəlcədən qruplara bölünmüş şagirdlər arasında fəal fikir mübadiləsi başlandı. Müəllim bu kadrlarda olan halı dərslikdəki "Kobud" mətninin məzmunu və qəhrəmanı ilə əlaqələndirdi. Qruplara mövzu ilə bağlı suallar olan işçi vərəqləri paylandı. Hər bir qrupun təqdimatı geniş şəkildə dinlənildi, müzakirələr aparıldı. Dərsin gedişatında müəllimə təhlil olunan məsələni bu gün ilə əlaqələndirib, həyatda bir sıra nəzakət qaydalarına riayət etmək üçün şagirdlərə səsləndi. Yekunda şagirdlər ailədə, məktəbdə, ümumiyyətlə, hər yerdə nəzakətli, mədəni davranışın qaydalarını müxtəlif səhnəciklərlə nümayiş elədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi