Biologiya fənnindən "Düzgün qidalanma" mövzusunda "Açıq dərs" oldu

May ayının 15-i məktəbin Kimya-Biologiya müəllimi Əliyeva Fəridənin 6 "A" sinfində Biologiya fənnindən "Düzgün qidalanma" mövzusunda "Açıq dərs"-i oldu. Dərsdə şagirdlər "Günəş", "İdman" və "Vitamin" komandaları şəklində qruplaşmışdı. Müəllim motivasiya sualları ilə müraciət edib, şagirdləri fəallaşdırdı. "Sağlam olmaq üçün insan necə qidalanmalıdır?" sualı tədqiqat sualı idi. Komandalara iş vərəqləri paylandı və onlar təqdimat hazırlamağa başladılar. Daha sonra komanda kapitanları təqdimatı təqdim etdilər, geniş müzakirələr oldu. Müəllim nəticəni şagirdlərin söylədikləri fikirlərdən sonra ümumiləşdirdi. Dərs çox maraqlı keçdi. Təqdimatlar yüksək səviyyədə hazırlanmışdı, maraqlı faktlarla əsaslandırılmışdı. Sonda ev tapşırığı olaraq müəllim "Səhər yeməyini özün ye, günorta yeməyini dostunla bölüş, axşam yeməyini düşməninə ver." atalar sözünü aydınlaşdırmağı şagirdlərə tapşırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi