"Dövlətlərin idarə edilməsi formaları" mövzusunda "Açıq dərs" oldu

Mayin 10-u məktəbin coğrafiya müəlliməsi Eyyubova S. "Dövlətlərin idarə edilməsi formaları" mövzusunda "Açıq dərs" keçirdi. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllim heyəti iştirak etdi. Səhərbənd müəllimə mövzu barədə məlumat verərək dünya ölkələrinin idarəedilmə quruluşunda olan müxtəlifliyi və onları materiklər üzrə qruplaşdırmağı izah etdi. Motivasiya yaratmaq üçün internet resurslarından istifadə edərək tacqoyma və inaqurasiya tədbirlərinə aid videomateriallar nümayiş etdirdi. Daha sonra şagirdlərin idarəetmə orqanlarının fərqli olmasına dair hansı nəticəyə gəldiklərini öyrənmək üçün sual-cavab etdi, hər bir qrupa işçi vərəqlərində tapşırıqlar verdi. Qruplar;n liderləri növbə ilə hazırlanmış məsələlərin təqdimatlarını etdilər. Müzakirələr çox fəal keçdi. Hər kəs fəal və ətraflı cavabına görə öz layiqli qiymətini aldı. Dərsin yekununda şagirdlərin yorğunluğunu aradan qaldırmaq üçün VEB2 alətlərinin köməyi ilə mövzuya aid hazırlanmış əyləncəli oyunlar təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi