BİZ SÜLHƏ SƏS VERİRİK!!!

Beynəlxalq Sülh Günü — 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayram.Birləşmiş Millətlər Təşkilatının 1981-ci ildə təsis etdiyi SÜLH GÜNÜ 21 sentyabr tarixində məktəbimizdə qeyd olundu.Məktəbin 6a sinfinin rəhbəri Vəkilova Tükəzban müəllimə tədbiri açıq elan etdi və sözü aparıcılara təqdim etdi. Onlar "Sülh Günü" haqqında ətraflı məlumatlar verir və növbəti çıxışları elan edirdilər. VI sinif qızlarının ifasında "Sülh haqqında nəğmə", "Sülhün səsi" mahnıları oxundu. Sinfin oğlanları isə "Biz sülhə səs veririk" başlıqlı kompozisiya ilə çıxış etdilər. Eyni başlıqlı şüar da hazırlanmışdı. Sonra ekranda "Çocukların günahı nə?"- Xocalı qətliamının qurbanları videosu nümayiş olundu. Tədbir məktəb rəhbərliyinin çıxışları ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi