"Dünya hörümçək torunda gəzişmə" mövzusunda "Açıq dərs" keçirildi

Məktəbin informatika müəllimi Vəkilova T. 6-cı sinifdə "Dünya hörümçək torunda gəzişmə" mövzusunda "Açıq dərs" keçirdi. Dərsdə məktəb rəhbərliyi və müəllim heyəti iştirak etdi. İlk öncə Tükəzban müəllimə şagirdlərlə dərs barədə fikir mübadiləsi apardı. Şagirdlər öz fikirlərini asanlıqla ifadə edirdilər. Sonra müəllimə şagirdlərin ev tapşırıqlarını dinlədi. Brauzerlər haqqında ətraflı danışan müəllimə, sonra şagirdlərin sərbəst internetdən istifadə edə bilməsi üçün internet saytlarına daxil olmağı təklif etdi. Uşaqlar böyük həvəslə müəlliməni dinləyib, tapşırıqlarını yerinə yetirdilər. Onlardan bir çoxları internet vərdişlərini mənimsəmək üçün sərbəst işləməyə qrup işlərində yaxşı nəticələr göstərməyə çalışırdılar. Daha sonra müəllimə şagirdləri qiymətləndirərək dərsi yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi