EKO-Parka ekskursiya təşkil olundu

“Ekoloji aylıq” ilə əlaqədar məktəbdə bir sıra tədbirlər keçirilir. Bu tədbirlərdən biri ibtidai siniflərin Zirə qəsəbəsində yerləşən EKO parka ekskursiyası oldu. Məktəbin tərbiyə işləri üzrə direktor müavini və ibtidai sinif müəllimləri öz şagirdləri ilə böyük ruh yüksəkliyi ilə bu gözəl guşəyə gəzintiyə getdilər. İlk öncə uşaqlar xalçaçılıq muzeyinin eksponatlarına həvəslə tamaşa etdilər. Burada xalçaların hazırlanmasında istifadə olunan avadanlıqlarla tanış oldular. Şagirdlər milli ornamentləri öyrənib, bir çox suallarına cavab aldılar. Muzeydə milli musiqimizi tərənnüm edən alətlər nümunələri də var idi. Açıq havada gəzərkən şagirdlər ətrafda olan əlvan bitki aləmi ilə, bir neçə növ quşlarla tanış oldular. Sonda ibtidailər parkın əyləncə guşəsində əyləndilər. Beləliklə, ibtidailər bu gəzintidən xoş təəssüratlarla qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi