"Sadıq Dadaşov və Azərbaycan memarlığının milli və müasir elementləri" mövzusunda "Açıq dərs" keçirildi

Aprel ayının 25-də məktəbin 8-ci sinif rus bölməsində Təsviri incəsənət fənnindən "Açıq dərs" keçirildi. "Sadıq Dadaşov və Azərbaycan memarlığının milli və müasir elementləri" mövzusunda keçirilən "Açıq dərs"də məktəb rəhbərliyi iştirak etdi. Fənn müəllimi Əliyeva N. tanınmış memarın həyat və yaradıcılığı, memarlıq proyektləri, təltifləri haqqında şagirdlərə ətraflı məlumat verdi. Dərs zamanı şagirdlər memarlıq sənətinin sirləri ilə tanış oldular. Sonra şagirdlər Bakı şəhərində ucaldılmış əzəmətli binaların, muzeylərin müəllifi haqqında təsəvvürləri ilə bölüşdülər. Daha sonra uşaqlar Azərbaycanın bölgələrində yerləşən memarlıq abidələri barədə də məlumat verdilər, onları maraqlandıran suallara cavab aldılar. Dərs məktəblilərin yüksək fəallığı ilə keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi