Mərdəkan Dendrarisi parkına ekskursiya təşkil edildi

"Ekoloji aylıqlar" layihəsi çərçivəsində məktəbin ibtidai sinif rus bölməsinin şagirdləri ilə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Dendrari parkına ekskursiya təşkil edildi. Dünyanın hər yerindən gətirilmiş bitki növlərinin Abşeron torpağında məskən salmaqları məktəblilərin böyük marağına səbəb oldu. Uşaqlar neçə-neçə yeni növ meşə, dekorativ gül və bitkilərlə tanış oldular, onların insanın həyatında əhəmiyyəti barədə geniş məlumat aldılar. Burada heyvanların,quşların bir neçə növü ilə yaxından tanış oldular. Müəlimlər və şagirdlər doğma yurdumuzun səfalı guşələrindən olan- Abşeron torpağının zənginliyinə, havasının təmizliyinə bir daha şahid oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi