İnsan alverinə qarşı mübarizə ilə bağlı anket sorğusu keçirildi

İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018ci illər üçün Milli Fəaliyyət Planının müvafiq bəndlərinin icrası məqsədilə məktəbimizdə bir sıra tədbirlər keçirilmişdir. “İnsan alverinə qarşı mübarizə” mövzusunda V-XI siniflər arasında maarifləndirici tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə məktəbin direktoru bu cür tədbirlərin, seminarların əhəmiyyətindən və insan alveri, zorakılıq bu cür hallara qarşı mübarizə sahəsində görülən işlərdən bəhs edərək insan alverinin vətəndaş hüquqlarının pozulması ilə yanaşı şəxsiyyətəqarşı cinayət olduğunu şagirdlərə iza etmişdir. Yuxarı sinif şagirdləri və onların valideynləri ilə birgə “İnsan alveri, vətəndaş hüquqlarının pozulması ilə yanaşı, şəxsiyyətə qarşı cinayətdir” mövzusunda dəyiri masa keçirilmiş, sonra isə “Günahkarlar,yoxsa günahsızlar” adlı qısametrajlı film nümayiş etdirilmişdir. VII-IX siniflər arasında “İnsan alveri qurbanına çevrilməyək” mövzusunda məktəbin tərbiyə işləri üzrə direktor müavini və psixoloqu tərəfindən anket sorğusu aparılmışdır. VIII-XI siniflərdə “İnsan alveri və erkən nigaha qarşı mübarizə” mövzusunda seminar keçirilmişdir. Seminarda insan alveri və erkən nigah anlayışları barədə ətraflı məlumat verilmiş, problemlə qarşılaşdıqda hansı orqanlara müraciət etmək lazım olduğu barədə informasiyalar təqdim edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi