Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd etdik

İyunun 1-də Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 14 nömrəli uşaq musiqi məktəbinin və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin iştirakı ilə 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətimizin gələcəyidir” adlı konsert proqramı təqdim edildi. Konsertdə Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndələri, İcra başçısının müavini V.Səfixanov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, yerli sakinlər, məktəb şagirdləri və müəllimlər iştirak edirdi. Konsertdə ilk öncə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxış edərək, bütün iştirakçıları və uşaqları bayram münasibətilə təbrik etdi, valideynlərə və ailələrə öz xoş arzularını bildirdi. Uşaqların azad, firavan və xoşbəxt yaşaması üçün Azərbaycan dövlətinin və prezident İlham Əliyevin var qüvvə ilə çalışdığını qeyd etdi. Sonra 14 nömrəli uşaq musiqi məktəbinin xor kollektivinin ifasında "Qoy həmişə günəş olsun", "Ey Vətən" adlı mahnılar səsləndirildi.Bu kollektivdə məktəbimizin 7-ci sinif şagirdi Məmmədova Aysun da iştirak etmişdi. Həmçinin məktəbin 7-ci sinif şagirdi Dadaşova Fatimə Azərbaycan və dünya bəstəkarlarının (Niyazi, T.Quliyev, Ü. Hacıbəyli, E.Qriq, P.Çaykovski, İ.Haydn, R.Şuman) əsərlərini səsləndirdi və fəxri fərmanla təltif olundu.1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə məktəbimizin müəllimləri və şagirdləri fəal iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi