"Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində seminar təşkil olundu

Bu gün məktəbimizdə Təhsil Nazirliyinin dəstəyi ilə "Reproduktiv sağlamlığın tədrisi" proqramı çərçivəsində seminar təşkil olundu. Seminarı "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin təlimçisi Məhnurə Əliyeva keçirdi. Bu proqramın keçirilməsində məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirilməsidir. Seminarda məktəb rəhbərliyi, tibb bacısı və VI sinif şagirdləri iştirak etdilər. Təlimçi Məhnurə xanım məktəbliləri mövzu ilə məlumatlandırdı, onların suallarını cavablandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi