ƏLVİDA MƏKTƏB...ƏLVİDA UŞAQLIQ! XOŞ GÖRDÜK GƏNCLİK...XOŞ GÖRDÜK SABAHIMIZ!

Bu gün son zəngimizdir...Bu gün son ayrılıq görüşümüzdür... Hər il olduğu kimi bu il də 11-ci siniflər “SON ZƏNG” həyəcanını yaşayırlar.Pedaqoji ictimaiyyət və şagirdlər üçün “Son Zəng” ən gözəl tədbirlərdən biridir. Bu gün bu vida, bu “Son Zəng” 11-ci sinif şagirdlərinin həyatının yeni mərhələsinə atılmaqlarının başlanğıcıdır. Ömür səhifələrini vərəqlədikcə ömrünün hansı fəsli olursa olsun yenidən o məktəb, o gənclik illərinə qayıdır, onun hərarətini qəlbində hər zaman duyursan.“Son Zəng” tədbiri məktəbin həyətində keçirildi. Tədbiri məktəbin direktoru Tarverdili Vaqif Baba oğlu öz təbriki ilə açıq elan etdi. Şagirdlər rəqs nümunəsi-fləşmoblar nümayiş etdirdilər. 11-ci siniflərə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Alməmmədova İlhamə Mustafa qızı tərəfindən “Məzun” kitabçaları təqdim olundu.Tədbirin sonunda tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban Vaqif qızı tərəfindən məktəb tədbirlərində fəal iştirak edən müəllim və şagirdlər diplomla təltif edildilər.Əziz 11-cilər, arzu edirik ki, arzular qanadında yaşatdığınız , pərvazlaşmağa hazırlaşan arzularınız həyata keçsin! Səsiniz ali təhsil ocaqlarının auditoriyalarından gəlsin. Bu ilin bütün məzunlarına gələcək həyatlarında uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi