Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı rayon komitəsi yaradıldı

Bu gün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı rayon komitəsi yaradıldı. Bu komitənin iclası məktəbimizdə keçirildi. İclasda Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndələri, Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin sədri, rayon ərazisində yerləşən təhsil muəssisələrinin rəhbərləri, həmkarlar ittifaqlarının sədrləri və üzvləri iştirak etdilər. İlk öncə Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin sədri Həzəlxan müəllim çıxış etdi, sonra sözü Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini Səfixanov Vəzir Çərkəz oğluna verdi. Daha sonra hər kəs öz fikrini bildirdi, səsvermə keçirildi. Səsvermə əsasında Cahangirova Arzu Arif qızı Pirallahı Rayon Həmkarlar Komitəsinin sədr vəzifəsinə təyin edildi. Rayon Həmkarlar Komitəsinin tərkibinə Respublika Həmkarlar komitəsinin nizamnaməsinə əsasən 7 nəfər seçildi və təftiş komissiyasının tərkibi 3 nəfərdən ibarət oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi