İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən müəllimlərimiz mükafatlandırıldı

23 may 2015-ci il Bakının 12 rayonu üzrə İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib.Qeyd edək, İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib.Mükafatlandırılma mərasimi Nizami rayonu 220 nömrəli tam orta məktəbdə baş tutub. Mükafatlandırılma tədbirində məktəbimizin direktoru Tarverdili Vaqif Baba oğlu və tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban Vaqif qızı sertifikat və kompüterlərlə təltif edilib. Biz də Vaqif müəllimi və Tükəzban müəlliməni kollektivimiz adından təbrik edir, daha yüksək nailiyyətlər əldə etmələrini diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi