DÜNYA BIZIM EVIMIZDIR.

22.05.2015-ci il tarixində məktəbimizin Azərbaycan bölməsinin birinciləri “DÜNYA BIZIM EVIMIZDIR” adlı bayram tədbirini keçirdilər.Tədbir məktəbimizin akt zalında baş tutdu. Tədbirdə direktor, direktor müavinləri, ibtidai sinif müəllimləri və valideynlər iştirak etdilər. Tədbiri giriş sözü ilə birincilərin sinif rəhbəri Zeynalova Rübabə Əmir qızı açdı. Sonra balaca fidanlar il ərzində qazandıqları bilik və bacarıqlarını nümayiş etdirməyə çalışdılar.Qonaqlar şagirdlərin ifasında Vətənə, təbiətə, məktəb və müəllimə həsr olunmuş şeirlər ,atalar sözləri, tapmacalar dinlədilər. Qızların ifasında “Bakı”, “Qaranquş” və “Qızıl lalə” mahnısı ifa olundu.Sonda məktəbin direktoru öz çıxışı ilə birinciləri təbrik etdi,valideynlər də Rübabə müəlliməyə öz təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi