BAKI ŞƏHƏRİ MƏKTƏBLİLƏRARASI MƏNTİQ OLİMPİADASI KEÇİRİLDİ

Şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi tədbirlərdə iştirak təcrübəsini qazandırmaq, istedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etmək, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasına müsbət təsir etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası I Məntiq Olimpiadası” keçirildi. Olimpiada Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin V - VI sinif şagirdləri arasında 2017-cı ilin 01 aprel tarixində keçirildi. Məktəbimizin V-VI sinif şagirdləri olimpiadada fəal iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi