"31 Mart- Azərbaycanlıların soyqırımı günü"nün 99-cu ildönümünə dair ümumməktəb mitinqi keçirildi

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində" Azərbaycanlıların soyqırımı günü" kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Məktəbdə 31 Mart- Azərbaycanlıların soyqırımı gününə dair divar qəzetləri buraxılmış, yuxarı sinif şagirdlərinin çəkdikləri rəsmlərdən ibarət "Qan yaddaşımız" adlı sərgi təşkil edilmiş, "Xalqımızın soyqırımı" mövzusunda inşa müsabiqəsi keçirilmişdir, ilk dərslər soyqırıma həsr edilmişdir. Bu gün soyqırımın 99-cu ildönümünə dair ümumməktəb mitinqi keçirilmiş və soyqırıma aid videoçarx nümayiş edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi