BƏXTİYAR VAHABZADƏNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

Dahi şair publisist, filologiya elmləri doktoru Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir məktəbin kitabxanasında təşkil edilmişdi.Giriş sözü ilə kitabxanaçı Ağarəhimova Naidə çıxış etdi. Yubilyarın əsərləri, həyat və yaradıcılığını əks etdirən sərgini təqdim etdi. Sonra ədəbi bədii kompozisiyaya tamaşa edildi.Bəxtiyar Vahabzadənin “Ana dili” , “Şəhid anası” şeirləri söylənildi. Şairin sözlərinə yazılmış “Azərbaycan-Türkiyə” mahnısı qızlardan ibarət qrupun ifasında səsləndi. 10-cu sinif şagirdi Eyvazova Elnarə “Şəbi-Hicran” poemasının şərh etdi. Sonra isə 7-ci sinif şagirdləri “Özümüzü kəsən qılınc” dram əsərindən 1 səhnə nümayiş etdilər.Sonda Bəxtiyar Vahabzadənin ifasında “Anamın ölümünə” şeirinin video çarxı proektorla göstərildi, məktəbin direktoru bir ədəbiyyatçı kimi uşaqlara maraqlı məlumatlar verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi