Gül bayramı Pirallahının “Gənclər Parkı”nda keçirildi

2015-ci ilə uğurla başlayan Pirallahı rayonunun zəhmətkeşləri aprel ayının əvvəlindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Pirallahı rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start vermişlər. May ayının 4-də müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı Pirallahının “Gənclər Parkı”nda keçirildi. Saat 15.00-da parka daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkilləri Aydın Mirzəzadə və Rauf Əliyevi, digər fəxri qonaqları Bahar qız və gül formalı rəngarəng geyimli məktəblilər qarşıladılar, Gül bayramı münasibətilə təbrik etdilər. Sonra Pirallahı rayon İcra Hakimiyyətinin başçısı və fəxri qonaqlar "GÜL BAYRAMI" ilə əlaqədar müxtəlif güllərdən hazırlanmış fərqli əl işlərindən ibarət sərgiyə tamaşa etdilər. Bu sərgidə məktəbimiz də yaxından iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi