Narkotiklərə-YOX deyək!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı” Dövlət Komissiyası tərəfindən uğurla icra olunmaqdadır. Proqramın "Narkomanlıqla mübarizə sahəsində ümumi və fərdi profilaktiki tədbirlər” bəndinə əsasən Bakı şəhərində narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması məqsədi ilə "Narkotiklərə-YOX deyək!” adlı tədbirlər keçirilir. Mövcud problemin vacibliyini nəzərə alaraq,belə tədbirlərdən biri də aprel ayının 10-da 243 nömrəli tam orta məktəbdə keçirilmişdir.“Narkomaniya yox deyək” mövzusunda keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin , Pirallahı Rayon Polis Şöbəsinin nümayəndələri, məktəbin müəllim heyəti və məktəblilər iştirak etdilər.Tədbiri giriş sözü məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Alməmmədova İlhamə qonaqları salamlayaraq pis vərdişlərin acı sonundan danışdı və belə bir tədbirin məktəbimizdə də təşkil edildiyi üçün Pirallahı Rayon İcra Hakimiyyətinə və Pirallahı Rayon Polis Şöbəsinə məktəbin kollektivi adından dərin minnətdarlığını bildirdi. Pirallahı Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev öz çıxışında qeyd etdi ki, Azərbaycanda bu problemin həlli istiqamətində ardıcıl və genişmiqyaslı işlər həyata keçirilir. Pirallahı Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Nəcəf Qurbanov öz çıxışında bildirdi ki, narkomaniya xəstəliyinin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması çox vacibdir. Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi