Pirallahı rayon Gənclər Parkında ümumrayon şənliyi qeyd olundu

İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması, saf ruh, xoş ovqatla müjdələyən Novruz bayramı münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19 mart 2015-ci il tarixdə Pirallahı rayon Gənclər Parkında ümumrayon şənliyi keçirilmişdir. Bayram tədbirində Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, müəssisələrinin rəhbərləri, xeyli rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.Bayram münasibətilə Gənclər Parkında mərasim təşkil olunmuş və qarşısındakı meydan baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü.Bahar qızı, Keçəl, Kosa şənliyə gələnlərə el adətincə səməni və xonça təqdim edir, bayram münasibəti ilə təbrik edir, məzəli söhbətləri ilə onlara bayram əhval-ruhiyyəsi bəxş edirdilər.Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Bu konsertdə iştirak edən 243 №li məktəbin istedadlı şagirdlərinin, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.Bayram konsertinin aparıcıları öz çıxışlarında qeyd etdilər ki, xalqımız doğma Azərbaycanımızın hər yerində qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılayır. Novruz öz çal-çağırı, qədim mərasimləri, gur tonqalları ilə yüz illərdir ki, xalqımızın sevinc, şadlıq mənbəyi, gün-güzaranının yaraşığı olmuş, tariximizin müxtəlif dövrlərində təzyiqlərə məruz qalsa da, bu günümüzə qədər gəlib çatmış, dövlət səviyyəsində qeyd olunan bayramlar sırasına daxil olmuşdur.Bayram şənliyində 243№li məktəbin şagirdləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, Milli rəqs və tamaşalar göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tuturdular. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Bu əziz bayramı Pirallahı sakinləri və təhsil müəssisələri böyük sevinc və fərəhlə qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi