Pirallahı məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi altında Naxçıvana ekskursiya turu təşkil olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir. 23 mart 2017-ci il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin 27 nəfər əlaçı şagirdi üçün Naxçıvan Muxtar Respublikasına ekskursiya turu təşkil olundu. Yolasalma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.Mərasim başa çatdıqdan sonra rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Bakı-Naxçıvan reysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yola salındılar. Hava Limanında Naxçıvan şəhərinə gedən şagirdlər Novruz Bayramı münasibəti ilə təşkil edilmiş konsert proqramını izlədilər. Dörd gün davam edəcək tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının ərazisində tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Rayonumuzu təmsil edən şagirdlərimizə məktəb rəhbərliyi və müəllim heyəti tərəfindən uğurlu yol arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi