Təhsilin inkişafında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqlənən müəlliməmiz Fəxri Fərmanla təltif olundu

17 Mart 2017-ci il Pirallahı rayonunda ümumrayon tədbiri keçirildi. Tədbirdə Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzi öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Üzbəüzdə qurulmuş 10 molbert üzərində rəsm studiyasının yetirmələri Novruz mövzusunda improvizasiya bacarıqlarını nümayiş etdirirdilər. Sonra rayonda gedən quruculuq-abadlıq işlərində, təhsilin inkişafında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqlənən sakinlər Pirallahı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildilər. Bu sakinlərdən biri də məktəbimizdə çalışan tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban təhsilin inkişafında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olundu. Bu uğuruna görə Tükəzban müəlliməni məktəb rəhbərliyi və müəllim heyəti adından təbrik edirik. Uğurlarınız daim bol olsun, Tükəzban müəllimə!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi